Mühərrik hissəsinin törətdiyi taqqıltı səslərindən qoruma
SPACCER® sistemi ideal şəkildə mühərrik hissəsinin törətdiyi səslərin azaldılmasına xidmət edir. Bəzən sürərkən nəqliyyat vasitələrinin ön və ya da arxa hissələrində taqqıltı səsini eşitmək mümkündür. Buna səbəb çox zaman məsələn aşağı salmadan sonra yay qabında oturmayan yay olur. Yay uclarında çevik xüsusiyyətlərə malik olmayan yay poladı və yay qabı bir-birlərinə uyğun gəlmir. Bu sahədə 10 faizdən də aşağı təmas səthi qeyri-adi bir şey deyil. Bu da oxlar üzərində səslərin, taqqıltı və xışıltının meydana gəlməsinə səbəb olur. SPACCER® bu problemin də həllinə yardım edir. Onun patentləşdirilmiş forması və çevik alüminium maşının yayı və yay qabına yüksək dərəcədə uyğun gələrək səsləri özünə hopdurur və beləliklə də azaldılmasına xidmət etmiş olur. Seçimə əsas SPACCER® üçün əldə oluna bilən rezin profil bu effekti daha da artırır və beləlik də taqqıltıdan ideal qoruma kimi xidmət etmiş olur. Bir daha taqqıltı eşitməmək üçün hər bir oxa bir SPACCER® dəsti əldə etmək yetərlidir.